AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT Agentliyi Aynur Camala cavab verdi

  • + A
  • - A
  • 29-06-2022, 21:38

    QHT Agentliyi Aynur Camala cavab verdi

    Hörmətli QHT nümayəndələri, dostlar, həmkarlar
    "Şuşa İli"nə həsr edilmiş xüsusi qrant müsabiqəsinin yekunları ilə bağlı son iki gündə müxtəlif fikirlər səsləndirilir. Agentliyin Layihələrin idarəedilməsi departamentinin nümayəndəsi və 10 ildən çox bu sahə üzrə fəaliyyət göstərən şəxs olaraq qısa açıqlama vermək istəyirəm.
    Departament olaraq 7-27 aprel tarixlərində bu prosesi təşkil etmişik, daxil olan layihələrin texniki seleksiyasını aparmışıq, ekspertizanın nəticələri haqqında məlumatları təlimatlara uyğun ümumiləşdirmişik. Müsabiqəyə QHT-lərin marağı belə demək olarsa gözlənildiyindən də çox oldu. Müsabiqəyə 227 layihə daxil olub. Nəticə olaraq Müşahidə Şurasının qərarı ilə 22 layihə qalib elan edilib.
    Nəticələr açıqlanandan qalibləri təbrik edənlərlə yanaşı müxtəlif xarakterli tənqidlər də səsləndirildi. Tanıyanlar bilir ki, Agentlik olaraq biz hər hansı bir QHT-yə qarşı qərəzli mövqedə olmamışıq və bundan sonra da olmayacayıq. İş varsa təbii ki, tənqid də olması normaldır. Bizi narahat edən məsələ tənqidlər deyil. Biz bu prosesdə fəaliyyətimizə kölgə düşürülməsinə qarşı mövqeyimizi ortaya qoyuruq. Daxil olan layihələr ideyalarına görə dəstəklənib. İdeyaların yaxşı və ya pis olduğunu müzakirə etmək olar, amma dəyərli QHT nümayəndələrinin Agentliyi ədalətsiz mövqe sərgiləməkdə günalandırmasını biz heç bir halda qəbul etmirik. Ona görə ki, ölkədə fəaliyyət göstərən 1000-dən çox QHT Agentlikdən (QHT Şurasından) dəstək alıb. Agentlik təkcə 2021-ci ildə 7 gün ərzində müsabiqə keçirib 415 QHT-nin təqdim etdiyi layihəyə qrant vəsaiti ayırdı.
    Müsabiqənin nəticələri ilə bağlı 2 gün ərzində müxtəlif müraciətlər olub. Agentliyin əməkdaşlarını qınayanlar olub. Biz bunu qeyd etdiyim kimi normal qaşılayırıq. Amma Agentliyin və varisi olduğumuz QHT Şurasının QHT-lərə qarşı ədalətsiz olması məsələsinin müzakirəsi bizi daha çox düşündürdü. Məsələn bu baxımdan bizi qınayan "Qadın Konsensus Mərkəzi" ictimai birliyinin Agentlikdən (və QHT Şurasından) qrant müsabiqələri çərçivəsində müsabiqələrində 2009-2021-ci illərdə 8 dəfə olmaqla (2009-6050, 2013- 40000, 2015 – 10000, 2016-9000, 2018-8000, 2019-7500, 2020-6000, 2021-9000) ümumilikdə 95.550 manat qrant ayrıldığını qeyd etmək istəyirəm. Mən hesab etmirəm ki, burada bir ədalətsiz mövqe var. Çünki qeyd olunan QHT layihələrini həmişə təlimatlara uyğun icra edib, hesabatlıqda problemi olmayıb.
    Biz bütün qeyri-hökumət təşkilatlarının Agentliyin qrant müsabiqələrində iştirakında maraqlıyıq, onların təqdim etdiyi layihələri, ideyaları dəstəkləməyə hazırıq.
    Bir daha xatırladıram ki, müsabiqənin nəticələrindən narazı qalan QHT-lər üçün əlavə imkan yaradılıb. 1 iyul 2022-ci il, saat 16:00-a kimi müraciətlər qəbul olunur.
    Hər kəsə uğurlar

    Elnur Bağırlı
    QHT Agentliyinin nümayəndəsi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR