AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Anım Günü Zəngilanın Ağalı kəndində qeyd olunub

  • + A
  • - A
  • 27-09-2022, 16:40

    Anım Günü Zəngilanın Ağalı kəndində qeyd olunub

    27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəngilan rayonunun Ağalı kəndində anım mərasimi təşkil olunub.

    Tədbir Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

    Aksiyada Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər.
    Mərasim iştirakçıları müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış parlaq qələbədən söz açıblar. Diqqətə çatdırılıb ki, şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı və dövlətimiz tərəfindən daim ehtiramla yad edilir.
    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbir çərçivəsində, həmçinin ağacəkmə aksiyası gerçəkləşib. Sərv, zeytun, eldar şamı və digər növ olmaqla, ümumilikdə 3000-ə yaxın ağac əkilib.
    Məqsəd şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və Zəngilan ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edillir.
    Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarına Allahdan rəhmət diləyirik.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR