AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

  • + A
  • - A
  • 27-12-2022, 18:21

    Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

    Ədliyyə Nazirliyinin yerli qurumlarında vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti qrup 155 namizədlə Dövlət İmtahan Mərkəzi ilə birlikdə dekabrın 27-də kompüter vasitəsilə test imtahanı keçirilib.
    Test imtahanında iştirakla bağlı ərizələrin qeydiyyatı elektron xidmət vasitəsilə aparılmaqla namizədlərə yalnız müvafiq ərizə təqdim etmələri kifayət olub. Ədliyyə orqanlarında işləmək istəyən namizədlərin əksəriyyətini gənclər, 40 faizə yaxınını isə qadınlar təşkil edir.
    Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.
    İmtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə 74 nəfər müvəffəqiyyət qazanıb. Siyahı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.
    Uğur qazanmış namizədlərin diqqətinə çatdırılır ki, müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün onlar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
    Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.
    Əlavə informasiyanı nazirliyin internet səhifəsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.
    Eyni zamanda bildirilir ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən davamlı müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR