Aprelin 27-28-i ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə təklif etdiyi Elektrik və Elektroenergetika Mühəndisliyi üzrə ikili diplom proqramının tələbələri ABŞ-ın Şimali Karolina ştatında yerləşən "Honeywell" və "Duke Enerji"-yə səfər etdilər. Səfər Corc Vaşinqton Universitetinin Mühəndislik Məktəbinin Elektrik və Kompüter Mühəndisliyi Departamentinin əməkdaşları tərəfindən təşkil edilib.
Elektrik və Kompüter Mühəndisliyi üzrə magistr proqramının kafedra müdiri, Professor Can Korman tələbələri sənaye səfərlərində müşayiət edib.
Professor Korman tələbələrin bu faydalı səfərinə dəstək göstərən hər kəsə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, ABŞ-nin ən böyük elektrik enerji şirkətləri arasında yer alan “Honeywell Smart Energy Systems” və “Duke Enerji” artıq 100 ildən çoxdur ki, fəaliyyət göstərir. Sözügedən şirkətlər ABŞ-ın Şarlott şəhərində təsis edilsə də hazırda bir çox ştatlarında fəaliyyətlərini uğurla davam etdirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.