AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xatirələrimizi betonlayırlar - MÜŞAHİDƏLƏRİM

  • + A
  • - A
  • 22-05-2023, 00:58

    Xatirələrimizi betonlayırlar - MÜŞAHİDƏLƏRİM

    5 ildir Rəsulzadə qəsəbəsinə köçmüşəm. Əvvəlki evimiz Leyla şadlıq evi ilə üz-üzə idi. Binamızın qarşısı uzun müddət bağlı qaldı, Mir Cəlal Parkı salınırdı. Texnika səsi, zığlı, uzadılmış yollarımız... Park istifadəyə veriləndə çox sevindik. Həm yaşıllığı, həm uşaqlar üçün çeşidli atraksionlar, bir tərəfdə də idman etməyə hər cür qurğularla təmin olunan xanımların sevdiyi guşə. Təəssüf ki, az isrifadə etdik, köçdük. Bizə oranın əziyyətli günləri qaldı. Lap küncdə də şüşəli yaraşıqlı köşk tikmişdilər çay evi kimi...
    Bu gün piyada keçdim ordan. O balaca çay evi böyüyüb parkın yarısını tutub, yaşıllıq hasara alınıb, Mağara restoranı edilib. Hələ kənarına da pafosla nə boyda lovhə vurulub ki, hər gecə burda Elit star Cəmilə oxuyur... zəbt olunan parkın həyərindəki sərxoş kişilərə görə qadınların sevimli məkanı olan idman guşəsinin sakinləri də sadəcə uşaqlar idi...
    Qızım 4-cü sinifdə oxuyanda köçmüşdük ora. 7 il ərzində ordan bizim məktəbə getdiyimiz yolda 1 qarış da yer qalmayıb, zibil qutuları yeri, uşaq meydançası yeri, maşınların dayandığı yer. Nəsimi Rayon İcra Hakimiyyətindəki dayılar hamısını göydələn tikən əmilərə satıb. Fikrim var, yolumuzun üstündə adını çəkdiyim yerlərin hamısını video ilə çəkəm və əvvəlki vəziyyətləri barədə sizləri məlumatlandıram. Həm də keçmişə birgə səyahət edək. O restoranın da parkı sakinlərin əlindən necə aldığını videoda göstəri ilə izah edəcəm. 2-3 ağaclı yer qalıb, oranı da göstərim, icra başçısı postdan getməmiş oranı da beton evlə əvəz eləsin. Niyə boş yer qalsın ki...
    Zibil qutularının yerini satılıb. Sakinlər topa-topa fərqli yerlərə zibilləri qoyur, jek işçiləri xanımlar daşıyır... Zibil qutularının yerini də çoxdan göydələn zəbt edib...
    Hələki sizə sakinlərin zibil atdığı yeri və satılan uşaq meydançasının yerində ucalan göydələni təqdim edirəm. Orda dəmir turnik vardı, o qədər idman etmişəm orda...Xatirələrimizi betonlayırlar.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR