"YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov Heydər Əliyev adına liseyin 2-ci sinif şagirdi Aynur Zeynallıya Fondun təşəkkürnaməsini təqdim edib.
Təşəkkürnamə ona Fonda mütəmadi formada etdiyi ianələrlə əlaqədar verilib.
Məqsəd şagirdimizin Vətən sevgisinin və davranışının nümunəvi formada təbliğidir.
8 yaşlı Aynur dövlət tərəfindən aldığı müavinətdən hər ay Fonda ianə edir.
Eyni zamanda ona 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində müxtəlif hədiyyələr təqdim edilib.
https://youtu.be/2W3rAcFi7vw
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.