AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəbli turları təşkil edənlər bu qaydalara əməl etməlidir

  • + A
  • - A
  • 1-06-2023, 21:48

    Məktəbli turları təşkil edənlər bu qaydalara əməl etməlidir

    Yay gələndə rayonlara turlar başlayır. Xüsusən də sinifdən-sinfə keçən, məktəbi bitirən şagirdlər məktəbli turlarından istifadəyə üstünlük verirlər. Təəssüf ki, rayonlara yaxşı bələd olmayan, məktəbli daşıyarkən nələrə diqqət edilməli olduğunu bilməyən sürücülərə də rast gəlinir. Keçən il mətbuatda xəbərləri yayılan məktəbliləri daşıyan avtobusların qəza törətməsi buna sübutdur. Azadmedia.az məktəbli daşıyıcıları olan tur sahiblərinin və sürücülərinin diqqətinə bir daha nələrə diqqət yetirmələrini çatdırır:

    "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında

    AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
    8.19. Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir.

    8.20. Uşaq qruplarının saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.

    8.21. Uşaqların daşınması sayı 3-dən 10-dək avtobusun daxil olduğu kolonlarla yerinə yetirilməsi haqqında məlumat aldıqda, BDYPİ-nin müvafiq bölmələri həmin kolonların bir ədəd patrul avtomobili, kolona daxil olduğu avtobusların sayı 10-dan çox olduqda isə iki patrul avtomobili ilə müşayiət olunmasını təmin etməlidir.

    8.22. Bu Qaydaların və ya yol hərəkəti qaydalarının tələblərinin pozulması halları aşkar edildikdə, BDYPİ-nin əməkdaşı və ya əsas avtobusda olan baş müşayiətçi təhlükəsiz hərəkətin davam etdirilməsinə maneə yaradan halların və pozuntuların aradan qaldırılması üzrə zəruri tədbirlər görülənədək uşaqların daşınmasını qadağan edir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin

    2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə

    TƏSDİQ EDİLMİŞDİR


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR