Bakı şəhəri 144 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Azadmedia.az Manset.az-a istinadla xəbər verir ki, tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru İlahə Həmidova məzunları və pedaqoji kollektivi Qurtuluş Günü və “Son zəng” münasibətilə təbrik edib:
“Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri diqqət və qayğı nəticəsində ölkədə yüzlərlə orta məktəb tikilib, mövcud binalar əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb”.
Çıxışlarında Binəqədi rayon icra hakimiyyətinin nümayəndəsi Dilbər Səmədova, məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Mirvari Fərəcova və Məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçı Kəmalə Mirzəliyeva çıxışlarında məzunlara uğurlar diləyib, onlara tələbə adını qazanmağı arzulayıblar.
Mərasimdə məzunların və məktəblilərin valideynləri çıxış ediblər, sonra isə bədii kompozisiyalar təqdim edilib.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.
Məktəbin 1b sinif şagirdi Abasov Ümid məktəbin simvolik açarını 11-ci sinif şagirdlərindən təhvil alıb. Məktəbin təhsil açarı Ümid balanın timsalında bütün birincilərə əmanət edildi. Onların məktəbdə təhsilə, təlim-tərbiyəyə yiyələnməsi üçün qarşıda 10 il zamanları var.11-cilər üçün həyatın burulğanında, enişli-yoxuşlu yollarında büdrəməmələri üçün müstəqil həyata qapı açan açar üzlərinə hər zaman xeyirli qapı açsın. Həyatladının yeni mərhələsinin qapıları hər zaman açıq olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.