Folklorşünas alim Elyar İslamoğlu Naxçıvan sakinləri üçün bilet alınması zamanı yaradılan bürokratik süni əngəllərdən yazıb. O, bildidib ki, naxçıvanlılar yaradılan süni əngəllərdən bezib aksiya keçirsə, kənarda xarici təxribatçı qüvvə axtarmayın, günahkar cababdeh məmurlardır.
Azadmedia.az sözügedən məqaləni təqdim edir:
Bir neçə aydır Naxçıvana gediş-gəliş üçün təyyarə biletlərində problem yaranıb. İnsanlar vəfat edən doğmalarının yasına gedib-gələ bilmir, dəfnə çatmır. İndidən iyulun ortalarına kimi online sistemdə bilet yoxdur. Amma Naxçıvana gedib-gələnlər təyyarədə boş yerlərin çox olduğunu deyir. Üstəlik də 60 manatlıq biletə əlavə 15-20 manat verən kimi istənilən vaxta dərhal tapılır. Məcbur qalıb 60 manatlıq bileti 110-120 manata alanlar var.
Bir neçə gün əvvəl dostlarımızdan biri bilet almalıydı. Gecə saat 12-də gedib adını növbəyə yazdırıb, səhər saat 6-da aerokassadan növbə götürüb, saatlarla orda dayanıb, nəhayət iki gün sonrakı əlavə reysə bilet ala bilib. Nədir naxçıvanlıların hər il çəkdiyi bu əziyyət? Niyə insanları qıcıqlandırırsınız?
Bu problem həll edilməlidir.
Aylardır yazırıq, deyirik, reaksiya verən yoxdur. Kor gözlərinizi açın, qulaqlarınızdan pambığı çıxardın.
Sonra naxçıvanlılar aerokassanın qabağına toplaşanda FETO, Amerika, Rusiya, İran izi axtarmayın. Harın, azğın, qudurmuş, rüşvətxor, laqeyd, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlarınızın izini axtarın.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.