Azadmedia.az-a sabah - 25 iyunda uşaq baxçalarının işləyib-işləməməsi barədə suallar daxil olur. Övladları dövlət baxçalarına gedən valideynlər təlaşla bildirir ki, baxçadan tərbiyəçilər valideynlərə deyib ki, sabah uşaqları baxçaya gətirməyin, iş günü deyil.
Sabah dövlət büdcəsindən maliyyələşən baxçalar işləyəcəkmi? Sualla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etdik. ETN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, Nazirlər Kabinetinin qərarı ilə sabah iş günü hesab edildiyi üçün bütün təhsil müəssisələrində, o cümlədən məktəbəqədər təhsil və uşaq baxçalarında iş günü hesab edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.