AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəllim və direktor olmaq istəyənlərdən alınan rüsumlar hara gedir? KƏLƏFİN UCU

  • + A
  • - A
  • 25-06-2023, 22:15

    Müəllim və direktor olmaq istəyənlərdən alınan rüsumlar hara gedir? KƏLƏFİN UCU

    Xəbər verdiyimiz kimi jurnalist Çingiz Səfərli musiqi və incəsənət məktəblərinə işə qəbulla bağlı yaradılan bürokratik əngəllərdən yazmışdı. Sözü uzatmadan sözügedən məqalənin linkini yerləşdirirəm, həvəsiniz olsa, oxuyarsız.
    https://azadmedia.az/cemiyyet/78367-musiqi-v-incsnt-mktblrin-mullimlrin-i-qbulu-imtahanlarnda-daltszlk-var.html
    Məqalədə haqlı olaraq soruşulurdu ki, ötən il musiqi və incəsənət məktəblərinə
    imtahanlar pulsuz keçirilib. Qaydalarda da imtahanların ödənişli olmasına dair müddəa və öncədən elan olmadığı təqdirdə, necə olur ki, bu il müəllimlərin işə qəbulu üçün 75, direktor və direktor müavinlərinin işə qəbulu imtahanı üçün 95 manat rüsum tələb olunur? Bunun qaydası, tarifi haqda hansısa qərar mövcuddurmu?

    Sualla bağlı DİM İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarova müraciət etdik. DİM sözçüsü Azadmedia.az-a bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edək. Çünki sifarişçi qurumdur, qaydaları Nazirlik müəyyən edir.
    İnsafən, Mədəniyyət Nazirliyindən də bizi çox gözlətməyib sualımızı operariv cavablandırdılar.
    Nazirlikdən sorğumuza cavab olaraq bildirdilər ki,
    Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi ilə Mədəniyyət Nazirliyi arasında bağlanmış müvafiq müqaviləyə əsasən Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinin Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməsi və imtahanda iştirak haqqının müvafiq standartlar nəzərə alınmaqla Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilərək iştirakçılar tərəfindən həmin quruma ödənilməsi nəzərdə tutulub.

    Heç bir qurum bu ildən tətbiq olunan müəllimlərin işə qəbulu üçün 75 manat, direktor və direktor müavinlərinin işə qəbulu imtahanı üçün 95 manat rüsumun hansı qanunla tənzimlənməsini, pulların hara getməsini izah etmədi. Mövzuya qayıdacağıq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR