25 iyun 2023-cü il tarixində Sumqayıt şəhərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Böyük Qayıdış Gənclər Təşkilatı", və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Gənc müəllimlərin Böyük Qayıdışa dəstək forumu" keçirilib.
Forum işğaldan azad olunmuş şəhər və rayonlardan olan gənc müəllimlərin gələcək fəaliyyət istiqamətlərini, Böyük Qayıdış prosesində rollarını müəyyənləşdirmək, istedadlı gənc müəllimləri aşkara çıxarmaq və Şərqi Zəngəzur regionundan olan müəllimlərin əməkdaşlıq şəbəkəsini genişləndirmək məqsədilə təşkil olunub.
300-dən çox gənc müəllimin iştirakı ilə baş tutan forumda dövlət rəsmiləri, millət vəkilləri, tərəfdaş qurumların və elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Növbəti tədris ilində bu formatda forumun Qarabağ iqtisadi regionu üzrə keçirilməsi nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.