Bakıda Bədən Tərbiyəsi və İdmana Məsul Nazirlərin və Yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində keçirilən nazirlər iclası öz işini başa çatdırıb.
Konfransın özü iyunun 29-dək davam edəcək.
Konfransda və əlaqədar tədbirlərdə 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli məmur, 540-dan çox nümayəndə iştirak edir.
Konfransın nəticəsi olaraq YUNESKO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Həyat üçün uyğun” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki hərəkətsizliyin azaldılması siyasətinin hazırlanmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.