Naxçıvan vətəndaşları bilet ala bilmir, süni əngəllər yaradılır. Bu barədə sosial şəbəkələrdə Naxçıvan vətəndaşları yazır. Onlar illərlə daha da çətinləşən bu dözülməz əngəllərin narazılığa apardığını bildirir, televiziyada işləyən media nümayəndələrini gedib aeroportda acınacaqlı mənzərəni çəkməyə dəvət edir ki, etiraz üsyanı qalxsa, malalamağa çalışmasınlar.
Elyar İslamoğlu yazır:
Gecə saat 1-ə işləyib. İnsanlar Naxçıvana bilet almaq üçün indidən aerokassanın qarşısında siyahıya ad yazıb növbəyə durublar. Səhərə kimi növbədə dayanacaqlar, səhər saat 6-da növbəni aparatdan götürəcəklər. Sonra saat 9-da aerokassa açılacaq. Kimə bilet çata, kimə çatmaya.
Bilet 60 manatdır, əlavə olaraq 20-30 manat verəndə bir gün sonraya tapılır.
Yüzlərlə vətəndaşa verilən bu qədər əzab, əziyyəti aidiyyatı qurumlar görmür?
Gərək Gədəbəy Söyüdlüdəki kimi aksiya ola?
Gərək insanlar yürüş edə?
Televiziyalar niyə indi gəlib problemi çəkmir?
Narazılıq pik həddə çatanda yaltaqlar, yalaqlar, trollar press-reliz paylaşacaq, narazı insanları hansısa ölkəyə bağlamağa çalışacaqlar.
İndilikdə hamı kar və kordur.Digər Naxçıvan MR sakini Ramil Əliyev hadisə yerindən yazır:
"Heç olmasa, ay AZAL rəhbərliyi, 30 ildir Naxçıvana gedib-gələn qara cammaata əzab-əziyyəti müsəlmanların müqəddəs bayarmı olan Qurban Bayramı günü etməyəydiniz. İnsanlar 2/3 gün sonraya bilet alacaqlar, indidən gəlib növbəyə dayanıblar ki, heç olmasa səhər, küləklər şəhəri olan Bakıdan bolokadada olan Naxçıvana bilet ala bilsinlər. Qurban bayramı günü ən böyük dualarımdan biri bu məsələnin tez bir zamanda öz həll olunmasıdır. Vay o günə ki,Naxçıvanda yaşayan bir qohumun rəhmətə gedə, xəbəri eşidəndən bilet növbələrində gözləməyə başlasan, inşallah ki 40 mərasiminə yetişə bilərsən. Yazdıqlarımı şişirdilmiş kimi hesab edə bilərsiniz, ancaq bircə gün, günün istənilən saatında Naxçıvan-Bakı reysinin minik zalına getsəniz, yaxınları Naxçıvanda rəhmətə getmiş, ancaq bilet tapmayıb günlərdir salonda gecələyənlərin acı göz yaşlarına şahid ola bilərsiniz. Nə deyək, yəqin ki AZAL rəhbərliyinin o, işlərlə məşqul olmağa vaxtı yoxdur. Bir carəmiz ona qalıb ki, Zəngəzur yolu açıla ki, işimiz AZAL-a düşməsin.
Allah bu əzabı yaşayanlara köməy olsun!
P.S: Mən növbədə 37-ci adamam, yazını yazana kimi 41/45"ci sıraya yazılan oldu. Allah bizi bundan sonra böyük müharibələrdən qorusun!!!
Şəkildə saat tarix tam olaraq düşüb".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.