AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Le Figaro: Makron Fransadakı iğtişaşlara görə Aİ sammitini tərk etdi

  • + A
  • - A
  • 30-06-2023, 17:14

    Le Figaro: Makron Fransadakı iğtişaşlara görə Aİ sammitini tərk etdi

    Fransa prezidenti Emmanuel Makron Avropa Şurasının Brüsseldəki iclasını tərk edərək, Fransadakı iğtişaşlarla bağlı yekun mətbuat konfransını ləğv edib. Bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.
    Nəşrin məlumatına görə, Emmanuel Makron antiböhran iclası keçirmək üçün Avropa Şurasının sammitini tərk edib. İclasın mövzusu Fransada Nanterredə 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsi ilə törədilən iğtişaşlar və talanlardır.

    Le Figaro qeyd edir ki, prezidentin Aİ sammitində iştirak etməməsi nadir haldır. Qəzetin yazdığına görə, o, vəziyyətin ağırlığına görə iclası tərk edib. Nəşrin məlumatına görə, ötən gecə 660-dan çox adam həbs edilib, 250-yə yaxın polis əməkdaşı yaralanıb.

    Sammitdə Fransa prezidentini Almaniya kansleri Olaf Şolz təmsil edəcəyi gözlənilir.

    İyunun 27-də səhər saatlarında Nanterre şəhərində polis məmuru 17 yaşlı Nahel polisin əmrinə tabe olmaqdan imtina etdiyi üçün onu güllələyib. Nahel aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Polis məmuru qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. İyunun 27-də axşam Nanterdə yerli polis binası qarşısında etiraz aksiyası keçirilib. Daha sonra etirazçılar polislə toqquşub. İğtişaşlar Parisin digər ətraflarına da yayılıb. “Le Figaro”nun məlumatına görə, Fransa hakimiyyəti ölkədəki iğtişaşlarla mübarizə üçün 40 min polis əməkdaşını səfərbər edib ki, onlardan 5 mini Parisdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR