AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeniyetmə velosipedçilərin təhlükəsizliyi” layihəsinə start verildi

  • + A
  • - A
  • 4-07-2023, 11:13

    Yeniyetmə velosipedçilərin təhlükəsizliyi” layihəsinə start verildi

    “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi” layihəsinin icrasına start verib.

    “Oriqami” QHT-nin sədri, layihə rəhbəri Namiq Nəcəfov açıqlamasında bildirib ki, layihənin məqsədi yeniyetmə qız və oğlanların maarifləndirilməsidir: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 3 ümumtəhsil məktəbində - Sabunçu rayonu, Maştağa qəsəbəsi K.Məmmədov adına 209 № li, Nardaran qəsəbəsində isə 130 № li və 295 № li tam orta məktəblərdə 7-9 - cu sinif şagirdləri arasında icrası planlaşdırılır. Layihənin başlanma tarixi iyul ayının 1-i, bitmə tarixi sentyabr ayının 30-na təsadüf olunur. Təhsil ocaqlarından 45 nəfər məktəblinin könüllü layihəyə cəlb olunması gözlənilir”.

    Namiq Nəcəfov həmçinin qeyd edib ki, həmin məktəblərdə təlim, praktik məşğələlər, veloyürüş təşkil olunacaq, iştirakçılara Sertifikat, Təşəkkürnamə təqdim olunacaq.

    Hər kəsi layihədə fəal iştiraka dəvət edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR