AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Minaların yaratdığı problemlərə dair hesabat hazırlanacaq

  • + A
  • - A
  • 6-07-2023, 09:31

    Minaların yaratdığı problemlərə dair hesabat hazırlanacaq

    “İşğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış hərbi sursatların yaratdığı problemlərə dair hesabatın hazırlanması və beynəlxalq ictimaiyyətə çatdırılması” adlı layihəsinin icrasına başlanılıb. Layihəni “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi həyata keçirir.

    Layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdəki mina və PHS problemini beynəlxalq ictimaiyyətin, xüsusilə də beynəlxalq səviyyədə tanınan donorların diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və PHS problemlərinin həll olunmasına cəlb etməkdir.

    Hesabatda problemin miqyası, minaların təmizlənməsindəki nailiyyətlər və problemlər, mina təhlükəsinə qarşı maarifləndirmə proqramlarının effektivliyi və s. nəzərdə tutulub.

    Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 3 ay müddətində icra olunacaq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR