İyulun 7-dən xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb. Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından məlumat verilib.
Layihənin məqsədi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan həmvətənlərimiz üçün Azərbaycan dilinin distant təhsilini təmin etməkdir.
2023-2024-cü tədris ilini əhatə edəcək layihə çərçivəsində dərslər təcrübəli mütəxəssislər tərəfindən ödənişsiz aparılacaq.
Layihədə iştirak etmək istəyənlər yaş və dil səviyyəsinə, eləcə də saat qurşağına uyğun olaraq qruplar şəklində Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər.
Hər səviyyəni başa vuran tələbə müvafiq sertifikat alacaq. Layihədə yalnız xaricdə yaşayan azərbaycanlılar iştirak edə bilər.
Ətraflı məlumatı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının saytından əldə etmək olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.