AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Repititorluq bu gün sağlam təhsil menecmentini məhv edir - Ekspert

  • + A
  • - A
  • 9-07-2023, 13:25

    Repititorluq bu gün sağlam təhsil menecmentini məhv edir - Ekspert


    Ölkədə təhsilin repititorlardan asılı vəziyyətə düşməsi zaman keçdikcə özünü daha qabarıq hiss etdirir və bunun acı nəticələri hamımızda narahatlıq oyadır. Təəssüf ki, yaranmış böyük repititor ordusuna vəziyyət sərf etdiyindən zərbəsini valideynlər və cəmiyyət yaşayır, təhsil ocaqlarına qəbulun nəticələri açıqlananda orta məktəblər qazanılan uğurıarı bəh-bəhlə öz adlarına yazır, özlərini reklam edirlər. Cavabdehlərdən heç kəs təhsilin inkişafı yolunda konsepsiyalara dəyişiklik etmək istəmir. Tam repititorlardan asılı vəziyyətə düşmüş təhsildə məktəbin heç bir önəmi qalmır, 9-cu sinifdən sonra məktəblərdə uşaq tapmaq mümkün olmur. Məktəblərin, kollektivin keçid dövrünü yaşayan uşaqların formalaşmasında böyük rolu arxa planda qalır, sözün kobud mənasında cəmiyyətə yarımçıq şəxsiyyətlər təqdim olunur.
    Təhsil eksperti Elmin Nuri Azadmedia.az-a verdiyi açıqlamada repetitorluğun validetnlərə vurduğu zərbə ilə yanaşı təhsilə zərərlərindən danışıb.
    Repititorluğun Azərbaycan təhsilinə zərərinin həqiqətən də böyük olduğunu deyən təhsil eksperti qeyd edib ki, bu meyar gələcəkdə daha səhih hiss olunacaq: "Neçə illərdir ki, təhsilimizin mənzərəsini bu institut müəyyənləşdirir,( bunda ümumtəhsil müəssisəsisələrindəki boşluğun da rolu az olmayıb)
    Repititorluq bu gün bizim YADDAŞ TƏHSİLİNDƏN TƏFƏKKÜR TƏHSİLİNƏ keçidimizi xeyli ləngidir... Tədqiqatyönümlu tədris prosesinə, analitik düşüncəli şagirdin var oluşuna elə özü boyda zərbədir repititorluq...".

    Açıqlamasının sonunda həyəcan təbili çalan E.Nuri vurğuladı ki, repititorluq bu gün sağlam təhsil menecmentini məhv edir. Bu institut nə qədər güclü olacaqsa, uğurlu təhsil marketinqindən söz belə gedə bilməz!!!

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR