Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyəti ərzində vətəndaşların problemlərinin həllində səmərəli əməkdaşlığa görə QHT.az saytı da təltif olunub.
Təltifi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru cənab Maykl Nirbas QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadəyə təqdim edib.
Qyed edək ki, ENEZARET Platforması ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində MG Consulting MMC tərəfindən həyata keçirilən layihədir.
Azadmedia.az kollektivi adından QHT.az saytının rəhbərini təbrik edir, çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.