AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabiltasiya təşkil olunub

  • + A
  • - A
  • 12-07-2023, 09:57

    Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabiltasiya təşkil olunub

    “Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabiltasiyanın təşkili” layihəsini həyata keçirir.
    Layihə rəhbəri Qərənfil Niftəliyeva açıqlama verib ki, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar müəyyən edilib, onların problemləri qiymətləndirilib. Bu problemlərin həlli üçün uyğun təlimlərin keçirilməsinə başlanılıb. Aşkar olunmuş problemlər üzərində təlim strategiyası müəyyən olunub, yaş normativləri nəzərə alınmaqla hər uşağın inkişafı üçün ayrı-ayrılıqda təlimlər keçirilir. Təlimlər bu sahə üzrə təcrübə toplamış təhsilli mütəxəssislər tərəfindən aparılır. Təlimlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazımı vəsaitlər alınib”.
    Qeyd edək ki, tlimlərə valideyinlər də cəlb olunub. Onlarla öz uşaqlarına erkən yardım etmək və onları müdafiə etmə bacarıqlarının artırılması üçün maarifləndirmə işi aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR