AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionlarda insan alverinə qarşı mübarizə tədbirləri genişləndirilir

  • + A
  • - A
  • 13-07-2023, 10:31

    Regionlarda insan alverinə qarşı mübarizə tədbirləri genişləndirilir

    Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi regionlarda insan alverinə qarşı mübarizə tədbirlərin genişləndirir.

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunan layihə çərçivəsində Quba, Qusar və Şabran rayonlarının mərkəzdən uzaqda yerləşən qəsəbə və kəndlərində insan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işlərinin həyata keçirilməsi nəzrədə tutulub.

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdyi kiçik qrant proqramı çərçivəsində maliyələşdirilən “Mərkəzdən ucqarlara-məişət zorakılığı, erkən nigahlar və potensial insan alveri qurbanları barəsində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlanılıb.

    Qeyd edək ki, maarifləndirmə tədbirlərində müvafiq icra hakimiyyəti orqanlarının iştirakı, yüzlərlə vətəndaşın cəlb edilməsi planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR