“Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Autizm sindromundan əziyyət çəkən uşaqlarin və onlarin valideynlərinin psixoloji reabilitasiyasina dəstək” layihəsinin icrasina start verib.
Bu barədə ictimai birliyin sədri Lamiyə Kərimova bildirib.
Təşkilat sədrinin sözlərinə görə layihənin məqsədi Autizm sindromundan əziyyət cəkən uşaqların və onların valideynlərinin psixoloji reabilitasiyasina dəstək göstərmək, bu uşaqların cəmiyyətə inteqrasiyasi və təhsil imkanlarinin artırılmasına yardim göstərilməsi, eləcə də autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.
“Sosial xidmət sifarişi çərçivəsində Bakı şəhərində 20 nəfər 18 yaşadək sağlamlıq imkanları məhdud autizm sindromu olan uşağa psixo-sosial reabilitasiya xidmətlərinin, defektoloji və psixoloji yardımın göstərilməsi, sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi üzrə kompleks sosial xidmətlərin göstərilməsi nəzərdə tutulur.”
Layihənin həyata keçirilməsi və fəaliyyətinin effektivliyinin təmin edilməsi istiqamətində zəruri texniki-təşkilatı məsələlərin həll edilməsi prosesi iyulun 1-dən başlayıb.
L. Kərimova qeyd edib ki, uşaqların seçilməsi üçün autizm sindromundan əziyyət çəkən uşaqların problemləri ilə məşğul olan müvafiq qurumlar və Autizm sindromundan əziyyət çəkən uşaqların valideynləri təşkilata müraciət edə bilərlər.
“Uşaqların seçimi zamanı az təminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid və Qarabağ müharibəsi veteranları ailələrinin uşaqlarına, həmçinin indiyədək reabilitasiya kursu keçməyən uşaqlara üstünlük veriləcək.
Layihənin keçiriləcəyi ünvan: Bakı ş. Yasamal rayonu, Zahid Xəlilov kuc. 48a
Əlaqə: (+994 50) 244 80 04.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.