Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1iyul 2023-cü il tarixdən başlayaraq “Quba-Xaçmaz iqtisadi rayonunda tənha qadınlara özünüməşğulluq fəaliyyətinin təşviqi” layihəsinin icrasına başladı.
Layihə 3 rayonu (Xaçmaz, Qusar, Quba) əhatə etməklə, 3 ay müddətində (01.07.2023-30.09 2023-cü il) icra ediləcək.
Layihənin məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda 48 nəfər (Xaçmaz-16 nəfər, Qusar-16 nəfər, Quba-16 nəfər) tənha qadınların özünüməşğulluq fəaliyyətlərinin təşviq etmək və layiqli məşğulluqlarının təmin edilməsi istiqamətində maarifləndirməkdir.
Layihənin məqsədinə nail olmaq üçün aşağıdakı mövzular üzrə maarifləndirmə və müzakirələr həyata keçiriləcək:
1. Özünüməşğulluq və Psixoloji (Özünə güvən, Liderlik, Ünsiyyət) maarifləndirmə;
2. Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı, ABAD, KOBİA haqqında maarifləndirmə;
3. Sosial münasibətlər və genderə həssas yanaşma üzrə maarifləndirmə;
4. İdarəetmə haqqında maarifləndirmə;
5. Biznes planın hazırlanması haqqında qısa maarifləndirmə və müzakirə;
Rəqəmsal marketinq bilikləri üzrə maarifləndirmə və müzakirə.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.