AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müdrikliyin işığında

  • + A
  • - A
  • 22-04-2024, 16:55

    Müdrikliyin işığında


    İnsan ömrünü fəsillərə bənzədənlər heç də yanılmayıblar.
    Zənnimcə, al-əlvan çələngə bənzəyir insan ömrü... Xüsusən ömrün müdrük çağı-bu zaman belə insanlarla söhbətləşmək daha maraq doğurur. Haqqında az-çox eşitdiyim və yenicə tanış olduğum müdrük, ağzı dualı insanı siz də tanıyın...
    Quliyev Şamil Oruc oğlu 1954-cü il aprel ayının 18-də gözəl yaz səhərində xan Lənkəranın Port-İliç (indiki Liman şəhərində) halal və sadə bir ailədə dünyaya gəlib. Atası sadə peşəsi ilə-sürücü kimi hər kəsin hörmətini qazanmış insan olub. Ömrünün 56-cı ilində dünyasını dəyişməsi tək əzizlərini deyil, el-obasını da sarsıdıb. Anası Tahirə xanım ömrünün son anına qədər həyalı ,təqvallı xanım kimi bir çox qadına örnək olub. Xanım Fatimeyi Zəhranın (s) ismətini ömür yoluna sirdaş etdiyindən xətir-hörməti əziz olub. Əslində, belə də olmalıdır. Çünki ata babası uzun illər Şərqdə dini təhsil almış şəxs kimi Ərdəbildən Lənkərana köçmüş orada məskunlaşmış və axund kimi fəaliyyət göstərib. Kərbəlayı Həmid dini moizələri ilə insanları düzgün yola hidayət etməklə Lənkəranda sayılıb seçilən şəxs olub.
    Atasının babası Təbrizdən Lənkərana köçüb əsrlər öncə SSRİ Ali sövetinin deputatı olmuş Həbib Nəsirov əksinqilabçılar tərəfindən qətlə yetirilib (Vətən yolunda canını qurban vermiş qəhrəmanın məzarı Göyşaban kənd qəbirstalığındadır).
    Hacı Şamillə yubiley ərəfəsində tanış olub söhbətləşdik. Söhbətimiz dəniz sahilinə təsadüf etdiyindən müsahibim dənizə baxıb xəyalə dalır və kövrəlirdi. Az danışırdı, amma sözün əvvəlində və axırında da Allaha ,haqqa sığındığı duyulurdu.
    Hacı ilə apardığım söhbətdən bəzi məqamlar:
    - Hacı, mümkünsə yaddaşınızda köklənmiş xatirələrdən danışın...
    - O qədər var ki... Hansından danışım. Amma birini heç unuda bilmirəm - Arif Heydərovun haqsız olaraq vurulmasına, aramızdan tez getməsinə təəssüflənirəm, çox nəcib, müdrik insan idi (general-leytenat Arif Heydərov 52 yaşında 1978-ci ildə iş otağında qətlə yetirilib)
    - Hacı, valideynlərinlə bağlı nə demək istərdiz?
    Müsahibim bir andaca kövrəldi, həyəcandan nəfəsi sanki tıxandı, gözləri yaşardı, ağlamaq həddinə çatdığını görəndə susdum ki, toxdasın
    Bəli, müsahibim elə kövrəlmiş halda söhbətə davam etdi:
    -Mürəkkəb sual oldu ha... Fəxrlə demək istəyirəm ki, həyatda nəyə nail olmuşamsa, nə hörmət qazanmışamsa ata-anamın tərbiyəsindən güc almış, haqq yolda olmaqla, yolumu azmamağa çalışmışam. Sizin söhbət üçün dəniz sahilini seçməyiniz xoşuma gəlir, axı uşaqlığım dəniz sahilində oynamaqla keçib, elə şirin xatirələrim var ki... Qardaşım Bahadirlə çox yaxın dost, sirdaş olmuşuq. Çox heyf həyatdan tez getdi məni sadiq dosta həsrət qoydu. Sahildə olarkən onunla bağlı xatirələrim onu mənə yaşadır hər an...
    Yadımdadır, əməlyyat olmuşdum, dostum bir bilsəniz necə üzülmüşdü. Nə xəstəxanada, nə də evdə heç kəsi yaxına buraxmadı, mənimlə özü məşğul oldu, götür-qoyumu məhəbbətlə həyata keçirdi. Onun üçün çox darıxıram, düzdür dostlar, yoldaşlar var.
    Amma bu gün ən yaxın sirdaşım sahildə gəzişmək, Allaha dualar etməklə,ötən günlərimi yaşatmağa daha çox üstünlük verirəm. Bir gün mən də köç edəcəyəm, yəqin ki, hörmətlə yad edən olacaq.
    Allaha çox şükür edirəm ki, nəcib, halal ailədə doğulmuşam. Yaradan mənə üç övlad nəsib edib, qızlarımı köçürürmüşəm, yeganə oğlum Cəmillə yaşayıram. Balam elm adamıdır. Əminəm ki, ulu nəslimizin etibarlı davamçısıdır. Atamın mənə tövsiyyə etdiklərini mən övladıma söyləyirəm-yalnız Allaha sığınmaq, düz yolda olmaq, əlindən gələni heç kimdən əsirgəməmək...
    Sizə bir əhvalat danışım, 20 ilin söhbətidir. Bir gün işdən evə gələndə bir kişi ayaqlarıma qapandı və ağlamağa başladı. Acığıma gəldiyindən onu dərhal qaldırıb üzbəüz oturub söhbətləşdik. Məlum oldu ki, qohumlarından kimsə həbsxanada rəhmətə gedib. Meyidi almaq problemə dönüb. Bəli, çox çətin olsa da, məsələni həl etdim, dəfn mərasimini öhdəmə götürdüm, hər kəs razılıq etdi.
    Amma nə onda, nə də sonralar bilmədim ki, kimə dəstək olmuşam, sadəcə Allah xatirinə əlimdən gələn işi gördüm. Belə xeyirxah əməllər çox olub, hər işi yaradana xatir görmüşəm.
    Müsahibim ani olaraq susdu və gözü ləpələnən dənizə dikildi...
    - Hacı, elə bir günah işlətmisiz ki, düşünəndə indi peşimançılıq çəkirsiz?
    - Günahsız adam varmı, bəşər çaşar da. Əsas odur ki, etdiyin səhvi anlayasan və bir daha o yola düşməyəsən. Allahın buyurduğuna əməl edəsən.
    Hacı Şamilin ömür yolu eniş yoxuş olub. Orta təhsildən sonra ixtisasa yiyələnib, sonra Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirib. Müxtəlif vəzifələrdə çalışıb-müfəttiş, rəis müavini, rəis əvəzi DYP-də bölmə rəisi, son iş yeri isə Lənkəran 5-saylı rayonlararası qeydiyyat imtahan bölməsində axtarış üzrə rəis müavini olub. Kapitan rütbəsi ilə təqaüdə çıxmış Hacı Şamilin yaxşı insan kimi yaddaşlarda izi var. Dövlətinə sədaqətli,vətənpərvər olmuş qüsursuz xidmət göstərmiş müsahibim rəhbərlikdən mükafatlar, medallar, halal insan kimi isə qəlblərdə məhəbbət qazanıb.
    O, Məşhəd, Kərbəla, Məkkə ziyarətgahların zəvvarı kimi özünü xoşbəxt sanır və ömrünü ibadətlə yaşayır. Hacı Şamil söhbət əsnasında böyük qardaşı respublikada tanınmış ziyalı, hüquq elmləri doktoru, professor, uzun illər müxtəlif məsul rəhbər vəzifədə çalışmış hörmətli İbrahim Quliyevdən məhəbbətlə söz açdı. “İbrahim ata əvəzimiz, böyüyümüzdür. Onun sözü, tapşırığı bizim üçün qanundur”.
    Bax, budur, ailə tərbiyəsi, halal nəsildən gələn nəcib əməl...
    Böyük hikmət deyilmi!? Oruc kişinin, Tahirə xanımın ruhu şad olsun-övladları könül oxşayan not üzərində kökləniblər. Bəli, vətənpərvərlik, dövlətə sədaqətli, xeyirxah, nəcib insan olmaq qandan, nəsildən gələn genetik faktordur.
    Hacının dediyinə istinadən bildirim ki, İbrahim müəllim uzun illər məsul vəzifədə çalışmaqla işıqlı fəaliyyəti ilə öz xalqının dərin rəğbətini qazanıb. İllər keçməsinə baxmayaraq Astaranın fəxri vətəndaşı kimi məhəbbətlə xatırlanır. 44 günlük Vətən müharibəsində şəhid olan igidlərin valideynlərini arayıb axtarmağı özünə mənəvi borc bildiyindən onların yanında dərdlərinə şərik olub. O bununla şəhidlərə olan ehtiramını nəcib insanlığı ilə ispatlayıb. 1-ci Qarabağ müharibəsinin veteranı Hacı Şamil dəfələrlə cəhbə bölgələrində ölümlə üzləşib. Yoldaşları ilə 7 gün mühasirədə qalmaqla Vətənə olan sədaqətini nümayiş etdiriblər.
    Hacı ilə söhbət edərkən arada onu tanıyanlara telefon açdım. Ehtiyatda olan polis polkovnik-leytenantı Vasif Nuriyev, ehtiyatda olan polis mayoru Asif Quliyev, təqaüdçü Balağa Səfərov, tələbə dostunun oğlu Ramin Rzayev müsahibimdəm xoşluqla xeyirxah, nəcib insan olmağından danışdılar.
    Düzü, ruhlandım ki, bir yazar kimi qələmimi nəcib insana tuşlamışam.
    Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov isə “fəxr edirəm ki, həyatda belə gözəl insanla dost olmuş və bir zamanlar çiyin-çiyinə Vətənə, xalqımıza sədaqətlə xidmət etmişəm” dedi.
    “Babalarımızın gözəl bir deyimi var-insanı tanımaq üçün onunla səfərə çıxmaq lazımdır. Səfərin uzunmüddətliyi insanları bir-birinə tanıdırdı. Zənnimcə, insanı tanımaq üçün ən böyük səfər onun düşüncəsinə və bu düşüncələrin ən etibarlı ifadəçisi olan dilinə olmalıdır. Allahın ətəyindən tut bala, həmişə gözəl xəbərlər eşidək inşallah. Tanrı ətəyi, dualar və gözəl xəbərlər-bu cazibədar üçlüyə çatmaq üçün Şamil əmi uzun, hamar olmayan yol keçib və hər zaman dövlətinə sədaqətlə xidmət edib. 70 yaşın mübarək, sizi aramızda görmək çox xoşdur”.
    (AMEA Lənkəran REM -nin direktoru, şair Mehman Qaraxanoğlu)
    Bəli, insan öz istəyi ilə dünyaya gəlmədiyi üçün bütün arzularını vaxtında yerinə yetirməsi mümkün deyil. Bu yaradanın qüdrətinin hökmüdür. Madam ki, yaradandan asılıyıq, o zaman Allahın əmrinə tabe olaraq ömrüm üzü yaşamalıyıq.
    Həzrəti Peyğəmbərin (s) fikrinə istinadən “dünya üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan, axirətin üçün elə çalış ki, sabah öləcəksən”.
    Hər birimiz bizi yoxdan var edən Allahı, onun yaratdıqlarını, vətənini, işini sevərək yaşasa, onda həyat, yaşam tərzi onun üçün maraqlı və önəmli olar.
    Allaha sığınaraq axirəti üçün xoş əməllər yaşadan Hacı Şamil, hörmətli insan, yubileyiniz-70 yaşınız mübarək olsun!

    Xeyir-dua ilə Gülnar ƏSƏDLİ




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR