UKRAYNAYA OLAN MÜNASİBƏTLƏR FƏRQLİDİR
Dünyada siyasi gərginlik hökm sürür. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski və onun amerikalı həmkarı Donald Trampın Ağ Evdə rezonansa səbəb olan mübahisəsi fonunda deyə bilərik. 50-yə yaxın jurnalistin gözü qarşısında 15 dəqiqə davam edən gərgin polemikadan sonra Zelenskinin Ağ Evi planlaşdırılan vaxtdan tez tərk etməsi danışıqların heç də ürəkaçan olmadığını, əksinə Zelenskinin dünyanın önündə, canlı efirdə necə alçaldıldığını göstərdi.
Millət vəkili Rizvan Nəbiyev Ukrayna məsələsindən danışarkən AzadMedia.az-a açıqlamasında bildirib ki, sülh hər bir dövlətə lazımdır:
“Sadəcə fərqli məsələlər cərəyan edir. Avropa ölkələri ilə Ukrayna arasında yaxınlıq müşahidə olunsa da, ABŞ-nin yanaşması ortadadır. ABŞ isə təhlükəsizlik məsələsində özünün iştiakını görmür”.
Bayden Administrasiyasının siyasi oyunlarının nəticəsidir ki, bu gün Ukrayna haqlı olduğu halda, haqsız durumundadır. Ukrayna işğala məruz qalıb, ərazisinin böyük bir hissəsinə nəzarəti itirib, yüz minlərlə vətəndaşı həlak olub, şəhərləri yerlə-bir edilib. Ukrayna timsalında yaşananlardan bütün dünya dərs çıxarmalıdır. Əks halda, heç də yaxşı nələrsə olmayacaq.