AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı sahibkarlara şad xəbər

  • + A
  • - A
  • Bu gün, 15:56

    Azərbaycanlı sahibkarlara şad xəbər

    Afrika-Azərbaycan Ticarət Əlaqələri ( AFAZ)
    12-13 may 2025-ci il tarixlərində Kot d’İvuarın Abican şəhərində keçiriləcək “Africa CEO Forum 2025” tədbirində iştirakını elan edib.
    Afrika iqtisadiyyatının gələcəyini formalaşdıran ən mühüm platformalardan biri olan bu forumda 2000-dən çox iştirakçı gözlənilir. Tədbirin əsas məqsədi iqtisadi inkişaf, investisiya imkanları və ticarət əməkdaşlığı məsələlərini müzakirə etməkdir.
    AFAZ Cooperation Azərbaycan şirkətlərini, sahibkarlarını və investorları bu mühüm tədbirdə iştirak etməyə dəvət edir. Forum, maliyyə, infrastruktur, enerji, texnologiya və ticarət kimi müxtəlif sahələrdə yeni bazarlara çıxış və strateji tərəfdaşlıqlar qurmaq üçün unikal imkanlar təqdim edəcək.
    AFAZ Cooperation Azərbaycan ilə Afrika arasında iqtisadi əlaqələri genişləndirmək üçün sahibkarlara və investorlara forumda aktiv iştirak etməyə çağırır.
    Qeydiyyat və iştirakla bağlı əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz:
    Mail: info@afazchamber.com
    Tel: + 994 50 2102374


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR