AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bugün Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır”

  • + A
  • - A
  • 24-04-2024, 18:00

    “Bugün Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır”

    Prof. İbrahim Cəfərov -
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü


    Hazırda dövlətimiz müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, hər zaman Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.

    Əlbətdə ki, əldə olunan bu uğurların əsasını ölkə Prezidenti İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Ölkə Prezidentinin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir. Belə ki, bugün ölkəmizin region və bir çox dünya ölkələri ilə strateji əməkdaşlıq arqumentləri dövlətimizin beynəlxalq siyasi arenada müsbət yöndə artan nüfuzundan və dayanıqlı inkişaf strategiyasından xəbər verir.

    Bütün bunlarla yanaşı, dövlətlərarası siyasi münasibətlərə nəzər salsaq, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.

    Bəli, cənab Prezidentin Rusiyaya növbəti səfəri tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev səfər çərçivəsində, Moskvada Rusiya prezidenti ilə görüşüb və bir çox məsələlər müzakirə olunub. Həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə ölkə başçılarının görüşü keçirilib. Prezident İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin BAM-ın 50 illik yubileyi münasibəti ilə dəmir yolu işçilərinə təbriklərini çatdırıb. O dövrlə bağlı səmimi söhbət ediblər. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev vaxtilə ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib.
    Bəli, ölkəmizin inşaatçıları və mütəxəssisləri vaxtilə BAM-ın tikintisində fəal iştirak ediblər.
    Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Xatırladaq ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Fədəkar mövqedən yola çıxaraq vurğulasaq Ulu Öndər o dövr sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi.
    Digər tərəfdən unutmaq olmaz ki, Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Əlbətdə ki, ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

    Sözsüz ki, Prezident İlham Əliyev Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Eyni zamanda, vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Beləliklə, qeyd edim ki, tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR