AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“COP29-un uğurlu olmasını istəyirik”

  • + A
  • - A
  • 27-04-2024, 14:47

    “COP29-un uğurlu olmasını istəyirik”

    Prof. İbrahim Cəfərov -
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü


    2023-cü ilin dekabrında baş tutmuş sonuncu forumdan sonra Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə seçilmişdir. 

    Sözsüz ki, biz iqlim dəyişikliyinə qarşı əlaqələndirilmiş cavab tədbirlərinin əhəmiyyətini dərk edir, eyni zamanda birgə təşəbbüslər vasitəsilə təsirimizi gücləndirməyi və davamlı gələcəyə doğru irəliləyişi sürətləndirməyi hədəfləyirik.

    Bəli, həmçinin iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Bununla yanaşı, bu, bizim üçün mövqeyimizi diqqətə çatdırmaq fürsətidir. Hər bir halda, bizim dünyaya deyəcək sözümüz çoxdur. Bəli, COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri də sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. Heç şübhəsiz, COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir.
    Bu həm də, Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir.

    Dövlətimizin xarici siyasət uğurları günü-gündən biri-birini əvəzləməkdədir. Bu minvalla yola çıxsaq istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı göz önündədir. Əlbətdə ki, uğurlarımızı şərtləndirən əsas amilllərdən biri xarici siyasətimizin prinsipial mövqeyinin dəyişməz olmasıdır. Vurğulamaq istərdim ki, ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur və illər keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Təbii ki, bu nailiyyətlərimiz Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyində əhəmiyyətli rol oynayır. Qürurla deyə bilərik ki, ölkəmiz hazırda iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqqətindədir.

    Bütün bunlarla yanaşı, ötən ilin sentyabrından 9 ay ötür və görün nə qədər heyranedici hadisələr baş verib. Fəxrlə qeyd edə bilərik ki, Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atdı,  ərazilərimizdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur və xüsusilə COP29. Qazaxın kəndləri geri qaytarıldı, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, möhtəşəm hadisələr baş verdi.

    Vurğulamaq istərdim ki, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

    Qarabağ dövlətimizin daxili məsələsidir və bunu qəbul etməməklə bağlı hər hansı səylər nəticə verməyəcək. COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir. Sərhədlər delimitasiya olunmalıdır. Bizim hər zaman praqmatizm nöqteyi-nəzərindən qaldırdığımız bir məsələ də var ki, sərhəd, heç şübhəsiz, prinsiplərə əsasən delimitasiya olunmalıdır. Lakin, eyni zamanda, sərhədin elə hissələri var ki, hər iki tərəf üçün problemlər yaradır. Bu, yollar, bəzən təhlükəsizlik mexanizmi, bir-birinin ərazilərinin dərinliyinin görünməsi ilə bağlı olur. Ona görə də biz kreativ olmalıyıq. Biz bu coğrafiyada yaşamağa, təhlükəsizliyimizi, dövlətçiliyimizi, həyat tərzimizi qorumağa öyrəşmişik. Qarşılaşa biləcəyimiz bütün potensial risklər xaricdən gələ bilər. Biz nə etməliyik - qapılarımızı çətinlik törədənlərə bağlı, sadiq qonaqlara açıq saxlamalıyıq. Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR