AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan regionda davamlı sülhün möhkəmlənməsi üçün ciddi addımlar atır

  • + A
  • - A
  • 1-05-2024, 13:38

    Azərbaycan regionda davamlı sülhün möhkəmlənməsi  üçün ciddi addımlar atır

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyada mətbuat konfransındakı çıxışında qeyd etmişdir ki, ”Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir”. Nəzərə almaq lazımdır ki, bu məsələdə ölkəmiz beynəlxalq hüququn fundamental norma və prinsiplərini rəhbər tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapan özünümüdafiə hüququndan istifadə etmişdir. Həmin maddəyə uyğun olaraq, Nizamnamə təşkilatın üzvünə silahlı hücum baş verərsə ayrılmaz fərdi və ya kollektiv özünümüdafiə hüququna heç bir şəkildə təsir etmir. BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən hazırlanan “Beynəlxalq-hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında maddələr Layihəsinin” 21-ci maddəsinə görə “Dövlətin əməlinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qəbul edilmiş qanuni özünümüdafiə vasitəsi olduqda, həmin əməlin hüquqa zidd olması istisna edilir”.
    Hazırda Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlamışdır. Bu məsələdə də ölkəmiz beynəlxalq hüququn yanaşmalarına söykənir. Mühüm hüquqi məqam ondan ibarətdir ki, SSRİ-yə daxil olan keçmiş respublikaların inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir. 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Sazişin 5-ci maddəsi, 21 dekabr 1991-ci ildə qəbul edilən və 11 dövlət tərəfindən imzalanmış Alma-Ata deklarasiyasının ayrılmaz tərkib hissəsi olan Preambulası, 22 yanvar 1993-cü ildə qəbul edilmiş “Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsinin” 3-cü maddəsinin 3-cu və 4-cü bəndləri ərazi bütövlüyü və birlik çərçivəsində mövcud olan sərhədlərin töxunulmazlığının tanınması və onlara hörmət edilməsini təsbit edib. Dövlətimizin əldə etdiyi ən mühüm uğurlardan birini də delimitasiya prosesinin başlanması və Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin müvafiq hissələrinin Sovet İttifaqı dövründə mövcud olan inzibati sərhədə uyğun, hazırda işğal altında olan 4 qeyri-anklav kəndin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsinin razılaşdırılmasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR