Baydeni Kubadakı etirazçıları dəstəkləməyə çağırdı
ABŞ hakimiyyəti Havanaya qarşı çıxmalı və Kubadakı etirazları dəstəkləməlidir.
“Azadmedia.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların keçmiş Prezidenti Donald Tramp bildirib.
“Mən Kuba xalqının azadlıq uğrunda mübarizəsini 100% dəstəkləyirəm. Hakimiyyət onlara öz fikrini bildirməyə və azad olmağa icazə verməlidir. Bayden kommunist rejiminə qarşı çıxmalıdır, yaxud tarix bunu yadda saxlayacaq.”, - Trampın bəyanatında deyilir.
Daha əvvəl Kubada yüzlərlə sakin dövlət əleyhinə etirazlarını bildirmək üçün aksiya keçirib.