Madaqaskar Prezidenti Andri Radzuelinaya qarşı sui-qəsd cəhdi olub.
AFP agentliyi xəbər verir ki, bu barədə Madaqaskar Prokurorluğu məlumat yayıb.
Prokurorluğun yaydığı açıqlamada qeyd olunur ki, artıq sui-qəsdlə əlaqədar bir neçə nəfər həbs olunub.
Saxlanılanlar arasında Madaqaskar, həmçinin xarici ölkələrin vətəndaşları var.
Xatırladaq ki, iyul ayının yeddisində Haiti Prezidenti Jovenel Moiz sui-qəsd nəticəsində öldürülüb.
Ötən gün isə Malinin müvəqqəti Prezidenti Assimi Qoitə qarşı sui-qəsd təşkil olunub. O, təsadüf nəticəsində sağ qala bilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.