Paşinyan Litvaya gedir
Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 3-də Litvaya ikigünlük rəsmi səfər edəcək.
"Azadmedia.az" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Paşinyan litvalı həmkarı İnqrid Şimonitenin dəvəti ilə Litvaya gedir. Onların ikitərəfli görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək. Paşinyan Litva Prezidenti Gitanas Nauseda ilə də görüşəcək.
Erməni Baş nazir, həmçinin, Şərqi Avropa Araşdırmaları Mərkəzinə baş çəkəcək.