Dağıstanın dağlıq ərazilərində 40 mindən çox sakin işıqsız qalıb
Rusiya Federasiyasının Dağıstan Respublikasının bir neçə dağlıq bölgəsində yüksək gərginlikli hava xəttində yaranan nasazlıq nəticəsində 40 mindən çox insan işıqsız qalıb.
Qeyd olunur ki, yüksək gərginlikli yarımstansiyada baş verən nasazlıq nəticəsində Dağıstan Respublikasının Tlərata, Tsunta, Şamil rayonlarının sakinləri elektrik enerjisindən məhrum olub.
Hazırda təmir qruplarının təcili bərpa işlərinə cəlb edildiyi bildirilir.
Mənbə: TASS