"Qoy gəlib mənim şərtlərimi bir daha görsünlər. Mən təkcə ev kirayəsinə kommunal xidmətləri nəzərə almadan 100 min dram ödəyirəm. Qışda kommunal xidmətlər üçün isə 85 min ödəyirəm. Necə yaşamalıyıq, nə etməliyik?"
AzadMedia.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bunu Hadrutdan olan erməni müharibə zamanı Qarabağdan İrəvana gedən ermənilərin (Qarabağda qanunsuz şəkildə məskunlaşdırılan) etiraz aksiyası zamanı deyib.
"Hadrutda bir fermam var idi. Hamısını orada qoyub maşınla İrəvana gəldim. Şəhəri yaxşı tanımadığıma görə çoxlu cərimə gəldi, ödəmədim. Məni Məhkəmə Aktlarının Məcburi İcra Xidmətinə atdılar. Biz "Artsax"lı deyilik, irəvanlıyıq. İndi onlar bunu bizə edir, amma növbəti döyüşdə ilk qaçan mən olacam. Hüquqlarımızın pozulmamasını tələb edirəm. Mənə yardım etməsələr uşaqlarımı dagötürüb gedib xaricdə yaşayacam".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.