Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada “Taliban” hərəkatının nümayəndə heyətləri ilə görüşünün detallarını açıqlayıb.
Sergey Lavrov bu barədə “Moskva formatı”nın üçüncü iclasını açarkən danışıb.
Onun sözlərinə görə, Moskvada “Taliban” nümayəndələri ilə Əfqanıstan vətəndaşlarının hüquq və azadlıqlarına riayət edilməsi məzələsini müzakirə edib.
Lavrov qeyd edib ki, hərəkat nümayəndələrini ölkə ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmayacağına dair vədlərini yerinə yetirməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.