AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğanla Baydenin ayaqüstü görüşü oldu

  • + A
  • - A
  • 30-10-2021, 15:20


    Bu gün İtaliyanın paytaxtı Romada iqtisadi baxımdan ən inkişaf etmiş 20 ölkənin G-20 sammiti işə başlayıb. Sammit iştirakçılarını İtaliyanın Baş naziri Mario Draqi qarşılayıb.

    Azadmedia.az  NTV-yə istinadən xəbər verir ki, sammitdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin ayaqüstü görüşü də olub. Bundan başqa, G-20 sammitində iştirak edən liderlər ailə şəkli çəkdiriblər.

    G-20 sammitinin “Qlobal iqtisadiyyat və qlobal sağlamlıq” mövzulu panel iclasından sonra Türkiyə Prezidentinin İtaliyanın Baş naziri Mario Draqi ilə görüşünün olacağı gözlənilir.

    Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30-31 oktyabr tarixlərində Romada keçiriləcək 16-cı G-20 sammitində iştirak etmək üçün dünən İatliyaya səfər edib.

    G-20 sammitindən sonra Türkiyə Prezidenti noyabrın 1-2-də Şotlandiyada 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak üçün nın Qlazqo şəhərinə gedəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR