AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya daha bir ölkə ilə sərhədində səfərbərlik məntəqəsi açır

  • + A
  • - A
  • 29-09-2022, 13:59



    Rusiyanın Qazaxıstanla sərhədində, Həştərxan vilayəti ərazisində yerləşən “Karauzek” buraxılış məntəqəsində müvəqqəti qismən səfərbərlik məntəqəsi yaradılıb.

    Bu barədə rayon rəhbərinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, qərar ölkədən qaçmaq istəyən hərbi yaşda kişilərin çoxluğu ilə əlaqədar verilib.

    “Bələdiyyə ərazisində Qazaxıstan Respublikasına avtomobil nəqliyyatı üçün əsas nəzarət-buraxılış məntəqəsi olan “Karauzek” keçid məntəqəsi fəaliyyət göstərir. Hazırda orada ölkəni tərk etmək istəyənlərin kilometrlərlə növbəsi yaranıb. Çıxmağı gözləyənlər arasında hərbi yaşda olan kişilər çoxdur”, - deyə məlumatda bildirilib.

    Rayon rəhbərliyinin sözlərinə görə, keçid məntəqəsində onların sənədləri yoxlanılır, qismən səfərbərlikdən möhlət hüququ olmayan və ya hərbi komissarlıqdan getməyə icazəsi olmayan vətəndaşlar xaricə buraxılmırlar.

    “Yaxın günlərdə Qazaxıstanla sərhəddə çağırış vərəqələrinin verilməsi üçün müvəqqəti qismən səfərbərlik məntəqəsi yaradılacaq”, - məlumatda əlavə edilib.

    Xatırladaq ki, bir neçə gün öncə Gürcüstanla sərhədin yaxınlığında Rusiya hərbi komissarlığının səfərbərlik məntəqəsi yerləşdirəcəyi barədə xəbər verilmişdi.

    Mənbə: TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR