Tanınmış futbol agenti Dmitri Selyuk Paris Saint-Germain-in Lionel Messidən külli miqdarda pul qazandığına dair fikirlərini bildirib, Fransa klubunu braziliyalı Neymardan ayrılmağa çağırıb. Azadmedia.az xəbər verir ki, onun sözlərini “Sovetskiy Sport” nəşri yazır.
“Onlar Messini təkcə nəticəyə görə almayıblar. PSJ Leodan çox pul qazandı. O, kluba güclü reklam və PR impulsu verdi. Messi Paris klubunun üzvü kimi Argentinanı Dünya Kubokunun qalibi gətirib. Neymar? Ondan qurtulmağın vaxtı çoxdan çatıb”, - deyə Selyuk bildirib.
Neymar bu mövsüm Parisdə 27 oyuna çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Neymarın bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəl "Çelsi"nin PSJ ilə Neymarın 60 milyon avroya transferini müzakirə etdiyi bildirilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.