Ronaldo milli komanda oyunçuları arasında ən çox oyuna görə dünya rekorduna sahibdir.
“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo milli komandalar səviyyəsində matçların sayına görə mütləq rekordçu olub. Dünən o, Portuqaliya millisinin tərkibində Lixtenşteynlə AVRO-2024-ün seçmə mərhələsinin start heyətində meydana çıxıb.
Bu, onun millidə 197-ci oyunudur. Bununla da Ronaldo küveytli hücumçu Bader əl-Mutavanın nailiyyətini (196 oyun) ötüb.
Portuqaliya millisində 197 matçda Ronaldo 118 qol vurub. O, ilk dəfə 2003-cü ildə milliyə çağırılıb. Bu müddət ərzində Portuqaliya millisinin tərkibində Avropa çempionu olub, eyni zamanda Millətlər Liqasının qızılını da qazanıb.
Ötən ilin sonunda keçirilən dünya çempionatı onun karyerasında beşincisi olub. Azadmedia.az qeyd edir ki, yarımmüdafiəçi onların hər birində ən azı bir qol vurmağı bacarıb.
Dekabrın 10-da Qətərdə keçirilən dünya çempionatının 1/4 final matçında Portuqaliya millisi Mərakeşə 0:1 hesabı ilə uduzub. Ronaldo bu matça ehtiyat oyunçular skamyasında başlayıb. Yarımmüdafiəçi yalnız 51-ci dəqiqədə meydana çıxıb və qol vura bilməyib. Ronaldo 1/8 finalda İsveçrə ilə matçda da ehtiyat oyunçular skamyasında qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.