Paris Saint-Germain və Argentina yığmasının hücumçusu Lionel Messi millisinin heyətində Panama ilə yoldaşlıq oyununda qol vurub.
Azadmedia.az xəbər verir ki, 35 yaşlı hücumçu peşəkar karyerasında 800-cü topu vurub. Ümumilikdə Messi Argentina millisinin heyətində 99, Barselona və PSJ-nin heyətində, ümumilikdə isə cənubi amerikalı 701 qol vurub.
Oyun 2:0 hesabı ilə başa çatıb.
Fransa çempionatının cari mövsümündə Messi 23 oyun keçirib, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.