Fransanın "L'Equipe" qəzetinin yazdığına görə, argentinalı hücumçu Lionel Messi maaşının əhəmiyyətli dərəcədə azaldılması səbəbindən Paris Saint-Germain-dən ayrılmaq qərarına gəlib.
Dünya çempionu PSJ-nin yeni müqavilə imzalayarkən maaşını 75% azaltmaq niyyəti ilə qətiyyən razılaşmır. Böyük ehtimalla o, karyerasını Fransa klubuna keçməmişdən əvvəl oynadığı “Barselona”da davam etdirəcək.
Azadmedia.az nəşrə istinadla xatırladır ki, Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib.
Ümumilikdə bu mövsüm Messi Fransa çempionatında 23 matçda 13 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun altı Çempionlar Liqası matçında daha dörd qol və dörd məhsuldar ötürmə var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.