Euro-Football.Ru: Kuzyaev karyerasını Beşiktaşda davam etdirə bilər.
Azadmedia.az Euro-Football.Ru-ya istinadla xəbər verir ki, "Zenit"in yarımmüdafiəçisi Daler Kuzyaev karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Nəşrin məlumatına görə, Rusiya millisinin futbolçusu ilə "Beşiktaş İstanbul" maraqlanır.
Kuzyaevin "Zenit"lə müqaviləsi gələn ilin yayında başa çatacaq və futbolçu azad agent kimi başqa kluba keçə bilər. Eyni zamanda, “Zenit” Avropada özünə yeni komanda tapa bilməyəcəyi təqdirdə futbolçu ilə müqaviləni uzatmağa hazırdır.
Bundan əvvəl Kuzyaevin Avropaya getmək istəyinə görə "Zenit"lə yeni müqavilə ilə bağlı danışıqları dayandırdığı bildirilirdi. Futbolçunun prioriteti ilk 5 çempionluqdur. Bu mövsüm 30 yaşlı Kuzyaev Rusiya Premyer Liqasında (RPL) 18 oyun keçirib, 5 qol vurub.
“Zenit”in baş məşqçisi Sergey Semak Kuzyayevin mümkün gedişi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən, təbii ki, futbolçunun müqaviləsi ilə bağlı vəziyyətdən xəbərdar olduğunu, lakin hələlik futbolçunun klubdan getmək istəyi ilə bağlı heç nə eşitmədiyini bildirib.
Bundan əvvəl "Zenit"in sabiq baş məşqçisi Vlastimil Petrjela "Spartak"ın hücumçusu Kuinsi Promes yaxşı təklif alacağı təqdirdə Sankt-Peterburq klubuna keçəcəyi ilə bağlı fikirlərini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.