Braziliya Futbol Konfederasiyasının (CBF) rəhbəri Ednaldo Rodriges İspaniyanın "Real" klubunun hazırkı çalışdırıcısı Karlo Ançelottinin Braziliya millisinin baş məşqçi postuna əsas namizəd olması ilə bağlı açıqlama verib.
Calciomercato CBF prezidentindən sitat gətirib: "Ançelotti həmişə siyahıdakı ilk nömrəmiz olub, lakin bizim B planımız da var".
9 dekabr 2022-ci ildə Tite Braziliya millisinin baş məşqçisi vəzifəsindən getdi. Mütəxəssis 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Xorvatiyaya uduzduqdan sonra istefa verdiyini açıqlayıb.
Bundan əvvəl mətbuat Sankt-Peterburq "Zenit"inin futbolçusu Robert Renanın apreldə keçiriləcək yoldaşlıq oyunları üçün Braziliyanın gənclərdən ibarət milli komandasına dəvət aldığını və bu səbəbdən Sankt-Peterburq klubunun növbəti oyunlarını buraxacağı barədə məlumat yaymışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.