"Yuventus" və "Bavariya"nın keçmiş futbolçusu haqqında həbs qərarı verilib
Braziliya "Yuventus"un və "Bavariya"nın keçmiş futbolçusu Duqlas Kostanın həbsinə order verib
GZH xəbər verir ki, Braziliya məhkəməsi “Los Angeles Galaxy”nin amerikalı futbolçusu Duqlas Kostanın həbsinə order verib.
Futbolçu alimenti ödəməməkdə ittiham olunur. Qeyd olunur ki, futbolçu Braziliyaya gələn kimi dərhal saxlanılacaq.
Futbolçunun vəkili həbs qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.
Fevralda futbolçu "Yuventus"dan icarə əsasında Los Anceles Qalaksiyə keçib. İcarənin sonunda Kosta Amerika klubu ilə tam müqavilə imzalayacaq.
Kosta futbolçu karyerasına Braziliya Qremio klubunda başlayıb. O, həmçinin "Şaxtyor", Turin "Yuventus" və "Bavariya"da çıxış edib.
2009-cu ildə Kosta Gənclər Amerika Kubokunu qazanmışdı.
Bir müddət əvvəl İtaliyanın "Leççe" klubunda icarə əsasında çıxış edən "Barselona"nın fransalı futbolçusu Samuel Umtiti İspaniya klubunda özünü həbsxanada hiss etdiyini bildirib.
29 yaşlı müdafiəçi 2016-cı ildə "Lion"dan "Barselona"ya keçib.