Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatının “Youtube” kanalında yayımlanan videoda Ramazan ayında məşq prosesinin çətinliyindən danışıb. Bu barədə “Gazeta.ru” yazır.
“Ramazan başlayanda bəzən saat 22:00-da məşq edirdik, bu, mənə çox qəribə gəlir. Bunlar tamamilə fərqli təcrübələr, xatirələr və vəziyyətlərdir və mən bunları yaşamağı xoşlayıram, çünki biz bu yeni mədəniyyətlərdən öyrənirik”, - Ronaldo bildirib.
38 yaşlı portuqaliyalı yanvarın 2-də “Əl-Nasr”a keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.
Portuqaliyalı hücumçu bu mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.