AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Fənərbağça”nın bir neçə futbolçusu “Zenit”lə oyun üçün Rusiyaya getməkdən imtina edib

  • + A
  • - A
  • 27-06-2023, 12:13

    “Fənərbağça”nın bir neçə futbolçusu “Zenit”lə oyun üçün Rusiyaya getməkdən imtina edib

    Fotospor: “Fənərbaxça”nın bir neçə futbolçusu “Zenit”lə oyun üçün Rusiyaya getməkdən imtina edib

    Fotospor xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubunun bir neçə əcnəbi futbolçusu, o cümlədən komandaya yeni gələn, Bosniya və Herseqovina millisinin kapitanı Edin Dzeko Sankt-Peterburqa beynəlxalq yoldaşlıq turnirinə getməkdən imtina edib.

    Oyunçuların bu qərarına səbəb dünyada və Rusiya daxilindəki siyasi vəziyyət olub.

    İyulun 1-dən iyulun 15-dək Sankt-Peterburqda keçiriləcək turnirdə “Zenit” və “Fənərbağça”dan başqa, Serbiyanın “Srvena Zvezda” və Azərbaycanın “Neftçi” klubları çıxış etməlidir.

    2022-ci ilin noyabrında Şimali paytaxtda Rusiya və Bosniya və Herseqovina milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi planlaşdırılırdı. Bosniya Futbol İttifaqı Rusiya yığması ilə oynamaq niyyətini təsdiqləsə də, sonradan milli komanda oyunçularının, xüsusən də liderlər Dzeko və Miralem Pyaniçin etirazına görə qərarından imtina etmək məcburiyyətində qalıb.

    Azadmedia.az xatırladır ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu qurumların nəzarətində olan yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR