İranda qadınlar yenidən futbol matçlarına baxmaq üçün stadiona buraxılacaq. Axırıncı dəfə bunu keçən əsrin 70-ci illərində edə bilmişdilər.
İranda qadınların ölkə çempionatının futbol matçlarına gəlməsinə icazə veriləcək. Azadmedia.az xəbər verir ki, bunu ölkə futbol federasiyasının rəhbəri Mehdi Tac deyib.
"Qadınlar [stadionlarda olacaq]. Xoşbəxtlikdən Milli Təhlükəsizlik Şurası bu məsələni təsdiqləyib. Bunun necə həyata keçiriləcəyi ilə bağlı işçi qrupu yaradılıb" – deyən Mehdi Tacın sözlərinə görə, hazırda Daxili İşlər Nazirliyi, İdman Nazirliyi, Futbol Federasiyası və iki informasiya agentliyi bu məsələ üzərində işləyir.
İranda qadınlar sonuncu dəfə 40 il bundan əvvəl stadiondan matçlara baxa biliblər. 1979-cu il İslam inqilabından sonra zərif cinsin nümayəndələrinə bunu etmək qadağan edildi. Bir müddət əvvəl onlara yenidən stadiona gəlməyə icazə verildi, ancaq fərdi oyunlar üçün.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.