AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mbappe Paris Saint-Germain komandasına qayıdıb

  • + A
  • - A
  • 13-08-2023, 17:28

    Mbappe Paris Saint-Germain komandasına qayıdıb

    Paris Saint-Germain-in fransalı hücumçusu Kilian Mbappe əsas heyətlə məşqlərə qayıdıb. Bu barədə klubdan məlumat verilib.

    Lorientlə oyundan (0:0) əvvəl PSJ ilə Kilian Mbappe arasında çox konstruktiv danışıqlardan sonra futbolçunun əsas komandanın məşq prosesinə qaytarılması qərara alınıb.

    İyunun 12-də L'Equipe qəzeti Mbappenin PSJ ilə müqavilənin uzadılmasından imtina etdiyini və 2024-cü ilin iyununda azad agent olacağını yazmışdı. Mbappenin müqaviləni uzatmaqdan imtina etməsinə cavab olaraq klub onu komandadan çıxarıb və transferə qoyub.

    24 yaşlı Mbappe 2018-ci ildən PSJ-də çıxış edir və PSJ ilə beş dəfə Fransa çempionu və üç dəfə kubok çempionu olub. Ümumilikdə, hücumçu parislilərin heyətində 260 oyun keçirib, 212 qol vurub və 98 məhsuldar ötürmə edib.

    Mbappe Fransa yığması ilə birlikdə Rusiyada keçirilən 2018-ci il Dünya Kubokunun qalibi olub və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının gümüş medalını qazanıb və burada səkkiz qolla bombardir olub. 2021-ci ildə milli komandanın tərkibində forvard Millətlər Liqasının qalibi olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR