Lusiano Spaletti İtaliya milli futbol komandasına rəhbərlik edir
"Napoli"nin sabiq baş məşqçisi Luçano Spaletti İtaliya millisinin başına keçib. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
“Spalettiyə salamlar. Milliyə böyük məşqçi lazım idi və o, bu təklifi qəbul etdiyi üçün çox şadam. Onun həvəsi və təcrübəsi yaxın aylarda İtaliyanı gözləyən çağırışların öhdəsindən gəlməkdə həlledici olacaq”, - İtaliya Futbol Federasiyasının rəhbəri Qabriele Qravina bildirib.
Xatırladaq ki, Roberto Mançini İtaliyanın baş məşqçi postunu tərk edib. 58 yaşlı çalışdırıcı 2024-cü ilə qədər qüvvədə olan müqaviləyə xitam verib. Onun rəhbərliyi altında İtaliya yığması Avro-2020-nin qalibi olub və uduzmadan ardıcıl 37 oyun keçirərək dünya rekorduna imza atıb.
Spalettinin son iş yeri "Napoli" olub. Məşqçinin klub prezidenti Aurelio De Laurentis ilə münasibətləri pisləşdi və o, komandasının 33 ildən sonra ilk dəfə çempion olduğu A Seriyasında mövsüm bitdikdən sonra komandadan ayrıldı. Qeyd edək ki, Spaletti "Zenit"ə də başçılıq edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.